"ABŞ-dan bircə zəng müharibəni bitirəcək" - Lukaşenko

19 mart, 2022 18:35

Ukraynadakı vəziyyəti Qərbin və ABŞ-ın Kiyevdə oturan nümayəndələri idarə edir.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Kobud desək, Zelenskinin masasında iki telefon var, biri Co Baydenlə, digəri isə Boris Consonla danışmaq üçündür. Müharibəni başa çatdırmaq üçün BMT, ABŞ, Qərb tərəfdən Ukrayna rəhbərliyinə bircə zəng lazımdır. Müharibənin başa çatması üçün bircə güclü zəng və axşama müharibə başa çatacaq”, - Lukaşenko bildirib.