İran hakerləri Mossad rəhbərinin məlumatlarını ələ keçirdi

20 mart, 2022 01:49

İranla əlaqəsi olduğu bildirilən “Open Hands” haker qrupu İsrailin Mossad təşkilatının rəhbəri David Barneaya məxsus vergi formalarını və şəxsi məlumatları oğurlayıb.

Bu barədə İsrail İctimai Yayım Təşkilatı məlumat yayıb.

Bildirilib ki, Barneanın məlumatları həyat yoldaşının telefonu vasitəsilə əldə edilib. Faktla bağlı araşdırma aparılır.