Bolqarıstan Rusiya qazından imtina etdi, Azərbaycan və Əlcəzair qazına keçir

20 mart, 2022 12:09

Bolqarıstan Ukraynaya hərbi təcavüzə cavab olaraq Rusiya qazından imtina edir, Azərbaycan, Əlcəzair və Qətər qazına keçir. virtualaz.org xəbər verir ki, bu barədə Bolqarıstanın maliyyə naziri Asen Vasilyev ölkənin Milli radiosuna müsahibəsində deyib. Onun sözlərinə görə, Bolqarıstan “Qazprom”la müqaviləni uzatmayacaq. Müqavilə 2022-ci ilin iyulunda başa çatır. Vasilyev bu qərarın Ukrayna ətrafındakı situasiya və Rusiyanın bu ölkəyə qarşı hərbi təcavüzü ilə bağlı olduğunu deyib.

Bolqarıstan Rusiya qazından imtina edərək öz tələbatını Əlcəzair və Qətərdən sıxılmış qaz alaraq, eləcə də Azərbaycandan qaz təchizatını artıraraq ödəyəcək.

“Belə vəziyyətdə müqavilənin uzadılmasına dair “Qazprom”a heç bir danışıqlardan söhbət gedə bilməz. Bolqarıstan enerji resurslarını Qətər və Əlcəzair kimi alternativ təchizatçılardan ödəyəcək. Habelə Yunanıstan və Türkiyə ilə mövcud infrastrukturu işə salaraq sıxılmış təbii qaz alacaq, o cümlədən Azərbaycandan qaz idxalını artıracaq”, - nazir bildirib.

Xatırladaq ki, Azərbaycan 2013-cü ildə bağlanmış müqavilə əsasında TAP kəməri üzərindən Bolqarıstana ildə 1 milyard kubmetr qaz təchiz etməlidir. Lakin  TAP kəməri 2020-ci ilin sonunda işə düşsə də Yunanıstandakı və Bolqarıstandakı rusiyameylli qüvvələrin Yunanıstan-Bolqarıstan interkonnektor qaz kəmərinin tikintisini illərlə ləngitməsi ucbatından bu qaz tam həcmdə Bolqarıstana daxil ola bilmirdi.

Bolqarıstanda Rusiyaya bağlı siyasi qüvvələrin seçkiləri uduzmasından və yeni koalisiyanın hakimiyyətə gəlməsindən sonra rəsmi Sofiya interkonnektor kəmərini tikən yunan şirkətinin qarşısında işlərin 2022-ci ilin iyun ayına qədər tamamlanmasını qəti tələb kimi qoyub.  Bu da həmin tarixdən etibarən Azərbaycandan nəzərdə tutulan 1 milyard kubmetr qazın hamısını əldə etməyə imkan verəcək. Bu isə Bolqarıstanın qaza olan tələbatının təxminən 30 faizi qədərdir. (Xatırladaq ki, Bolqarıstanın “Bulgargaz” şirkətinin rəhbərliyi Rusiya ilə gizli sövdələşmələrə görə işdən uzaqlaşdırılıb və barələrində cinayət işi qaldırılıb, o cümlədən keçmiş baş nazir Boyko Borisov bu günlərdə korrupsiya əməllərinə görə həbs olunub).

Bundan əvvəl Polşa da Rusiya qazından imtina etmək planını açıqlamışdı. Polşanın baş naziri Mateuş Moravetski martın 18-də bildirib ki, ölkə iqtisadiyyatının “derusifikasiyası” proqramı başladılır. Bu proqram Rusiya neftindən və qazından imtinanı da nəzərdə tutur. Polşa hökumətinin strateji energetika infrastrukturu üzrə nümayəndəsi Petr Naimski isə bildirib ki, Rusiya ilə qaz təchizatına dair uzunmüddətli müqavilənin müddəti bu il başa çatır və həmin müqavilə uzadılmayacaq. Hazırda Polşa Rusiyadan müqavilə üzrə göstərilmiş həcmin yarısı qədər qaz alır və onu alternativ mənbələrin hesabına təmin etmək imkanı var. Polşanın milli energetika şirkəti PGNiG artıq bununla bağlı danışıqlar aparır(virtualaz.org). 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"