Çin Rusiyaya hərbi yardımdan imtina edib?

21 mart, 2022 00:13

Çin Rusiyaya hərbi yardım göstərmir.

Bunu Çinin ABŞ-dakı səfiri Qin Qang bildirib.

Onun sözlərinə görə, Pekin tərəfləri Ukraynada sülhə və atəşkəsə çağırır.  Səfir, həmçinin bildirib ki, müharibənin pislənməsi heç bir nəticə verməyəcək.

“Rusiyaya hərbi yardım göstərilməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil, biz bunu rədd edirik. Hərbi əməliyyatların ikinci günündə Si Cinpin Putindən Ukrayna ilə sülh danışıqlarını davam etdirmək barədə düşünməyi xahiş edib", - deyə Qanq CBS telekanalına müsahibəsində qeyd edib.