Rusiyaya 22 milyard avroluq yeni sanksiya - Fransa Rusiya Mərkəzi Bankının aktivlərini dondurdu

21 mart, 2022 14:30

Fransa hökuməti Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Qərb mediası xəbər verir ki, bu barədə Fransanın İqtisadiyyat və Maliyyə naziri Bruno Le Maire jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, bildirib ki, Fransa Rusiya Mərkəzi Bankının 22 milyard avroluq aktivlərini dondurub:

“Biz Rusiya Mərkəzi Bankının aktivlərini və Fransa maliyyə qurumlarındakı bəzi fiziki şəxslərin bank hesablarında olan 150 milyon avronu dondurduq. Həmçinin Fransada Rusiya vətəndaşlarına məxsus, dəyəri təxminən yarım milyard avro olan 30 daşınmaz əmlakın üzərinə həbs qoyulub”.