Avropa İttifaqı tarixində ilk dəfə bu sənədi təsdiqlədi - "Strateji kompas"
21 mart, 2022 23:28
Avropa İttifaqı (Aİ) tarixində ilk dəfə olaraq müdafiə strategiyasını – “Strateji kompas”ı təsdiqləyib.
Strategiya Aİ-nin xarici işlər və müdafiə nazirlərinin Brüsseldə keçirilən iclasında qəbul olunub.
Strategiya yekun olaraq martın 24-ü Aİ liderlərinin iclasında qəbul olunacaq. Strategiyada, həmçinin bildirilir ki, Aİ dənizdə və quruda müntəzəm təlimlər keçirəcək.