Rusiya BMT TŞ-da Ukrayna ilə bağlı qətnamənin səsə qoyulmasınə istəyib

22 mart, 2022 22:51

Rusiya martın 23-də BMT Təhlükəsizlik Şurasında Ukraynadakı humanitar vəziyyətlə bağlı qətnamə layihəsinə səsvermənin keçirilməsini istəyib.

“TASS” xəbər verir ki, bunu jurnalistlərə Rusiyanın Ümumdünya Təşkilatındakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.

“Bəli, bu sabah Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq. İnanırıq ki, bu doğru zamandır”, - deyə o bildirib.