Ermənistan prezidenti Fransa səfiri ilə niyə görüşdü?

23 mart, 2022 10:24

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Fransanın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Ann Lui ilə görüşüb.

Bu barədə erməni mediasına istinadən xəbər verir.

Fransa səfiri prezident Vaaqn Xaçaturyanı vəzifəyə başlaması münasibətilə təbrik edib, Fransanın Ermənistanla işləməyə, ikitərəfli münasibətləri dərinləşdirməyə və möhkəmləndirməyə hazır olduğunu bir daha təsdiqləyib.

Görüşdə Ermənistan-Fransa münasibətlərinin cari gündəliyinə toxunulub. Həmsöhbətlər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.