"ABŞ-ın İraq, Liviya və Yuqoslaviyanı necə bombaladığını unudublar" - Səfir

23 mart, 2022 10:26

“Amerika Müdafiə Nazirliyi NATO və onun müttəfiqlərinin təyyarələrinin İraq, Liviya və Yuqoslaviya şəhərlərini necə bombaladığını artıq unudub”.

Bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Pentaqonun sözçüsü Con Kirbinin Rusiya Silahlı Qüvvələrinin Ukraynada törətdiyi iddia edilən müharibə cinayətləri ilə bağlı bəyanatlarını şərh edərkən deyib.

“Təəssüf ki, Pentaqon ABŞ və onun NATO müttəfiqlərinin birbaşa efirlərdə havadan Yuqoslaviya, İraq, Liviya şəhərini bombaladığını unudub. Vaşinqtonda bu dəhşətli cinayətlər xatırlamırlar” – o bildirib.