Almanlar ukraynalıları ruslara qarşı silahlandırır

23 mart, 2022 23:44

Almaniya Ukraynaya yeni silahlar vermək niyyətindədir.

Bu barədə DPA agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Ukraynaya 2000 ədəd "Panzerfaust" tank əleyhinə silahlar tədarük ediləcək.

Silahlar Almaniya Silahlı Qüvvələrinin arsenalından veriləcək.