Polşa Rusiya səfirinin hesablarını dondurdu
24 mart, 2022 00:13
Polşa hakimiyyəti antirusiya sanksiyaları çərçivəsində Rusiya səfirliyinin 33 milyon dollarlıq hesabını dondurub.
Bu barədə Rusiyanın Polşadakı səfiri Sergey Andreyev deyib.
O bildirib ki, bu qərarın Vyana Konvensiyasına ziddi olması barədə şikayətini Polşa rəsmilərinə çatdırıb:
“Onlar isə sakitcə cavab verdilər ki, siz ki aqressorsunuz və özünüzü sivil bəşəriyyətə qarşı qoymusunuz, bu da sizə cavabı”.