Blinken: "Rusiya ilə bağlı əlimizdə ciddi sənədlər var" - Söhbət hansı sənədlərdən gedir?
24 mart, 2022 00:15
ABŞ administrasiyası etibarlı sənədlər əsasında Rusiya qüvvələrinin Ukraynada müharibə cinayətləri törətdiyi qənaətinə gəlib.
Bu barədə ABŞ-ın Dövlət katibi Entoni Blinken məlumat verib.
“Biz mülki şəxslərə qarşı müharibə cinayəti sayıla biləcək qəsdən hücumlara dair və bəzi silahların istifadəsi ilə bağlı çox etibarlı sənədlər görmüşük”, - Blinken deyib.