"Ölkəmin mənafeyini müdafiə edəcəm və Rusiya ilə müharibəyə səbəb ola biləcək təkliflərə..." - Macarıstanın Baş naziri

24 mart, 2022 09:55

"Rusiya ilə hava müharibəsinə səbəb ola biləcək təkliflərə "yox" deməliyik".

Bu fikirləri Macarıstanın Baş naziri Viktor Orban bildirib.

Orban Ukrayna üzərində uçuşa qadağa zonasının tətbiqinə, eləcə də ora öldürücü silahların göndərilməsinə qarşı ölkəsinin mövqeyini bir daha təsdiqləyib.

Macarıstanın Baş naziri Avropa ölkələrini Ukraynada hərbi münaqişəyə cəlb edə biləcək təhlükəli qərarların qəbulunun qarşısını almağa çağırıb.

Hökumət başçısı deyib ki, ölkəsinin bu mövqeyini martın 24-25-də keçiriləcək Avropa İttifaqı və NATO sammitlərində müdafiə etmək niyyətindədir.