“Rusiya bölgəyə sülhməramlılar göndərmək istəyir...” - Metyu Brayza

29 sentyabr, 2020 22:01

Minsk Qrupunun keçmiş amerikalı həmsədri, 2011-2012-ci illərdə ABŞ-ın Azərbaycandakı səfiri olmuş Atlantika Şurasının baş elmi işçisi Metyu Brayza Azərbaycanla Ermənistan arasında baş verən toqquşmaları şərh edib. O, hərbi əməliyyatlara gətirib çıxaran səbəbləri şərh edərkən Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı siyasətinə diqqət çəkib. 

Brayzanın dediyinə görə, Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında 2018-ci ilin sonunda baş tutan görüşdən sonra hər iki lider vətəndaşlarını sülhə hazırlamağın vaxtının gəlib çatdığını deyirdi. Hər iki tərəf Madrid Prinsipləri çərçivəsində danışıqlar aparırıdı. Lakin onun sözlərinə görə, Paşinyan hakimiyyətə gələndən bir il sonra onun düşüncəsi dəyişdi və o, artıq bu prinsiplərə əməl etməyəcəyini dedi və Dağlıq Qarabağın Ermənistana aid olduğunu söylədi.

“O, Qarabağın Ermənistanın bir hissəsi olduğunu deməklə bütün danışıq prosesini dağıtdı. O, növbəti aylarda bir neçə provokativ addımlar atdı. Buna Dağlıq Qarabağ parlamentini Şuşaya köçürmək qərarı daxildir ki, Şuşa bütün şəhərlər içərisində azərbaycanlılar üçün ən həssas şəhərdir. Onlar Şuşanı Azərbaycan mədəniyyətinin beşiyi hesab edirlər. Bu səbəblə də gərginlik artdı. Və biz uyulda bunun şahidi olduq. Azərbaycan-Ermənistan sərhədində toqquşma baş verdi”, - sabiq səfir bildirib.

Onun sözlərinə görə, həmin toqquşmadan sonra həm Azərbaycan, həm Ermənistan təmas xəttinə ağır silahlar göndərməyə başladılar. Brayza ən son toqquşmalara dəqiq nəyin səbəb olduğunu bilmədiyini desə də, əlində olan məlumatların Azərbaycanın hücum əməliyyatlarına başladığına işarə etdiyini bildirib.

“Azərbaycan Ermənistanın işğal etdiyi ərazilərinin bir hissəsini, bir neçə kəndi, habelə Azərbaycanın Ermənistanı Dağlıq Qarabağla birləşdirən yolu kəsməsinə imkan verən yüksəklikləri geri aldığını bildirir. Azərbaycan beynəlxalq qanuna uyğun olaraq irəlilədiyinə inanır,” – keçmiş səfir deyib.

Dağlıq Qarabağ münaqişəsində Rusiyanın roluna da toxunan Brayzanın sözlərinə görə, Rusiya münaqişənin davam etməsini istəsə də, genişmiqyaslı müharibənin baş verməsində maraqlı deyil: 

“Rusiya çox ehtiyatlı bəyanatlarla çıxış edib. Onlar hər iki tərəfi döyüşləri dayandırmağa və təmkinli olmağa çağırıb. Bu isə qeyri-adidir, çünki Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiyanın müttəfiqidir”.

Brayza deyib ki, o, ABŞ-ın bu münaqişədəki vasitəçisi olaraq bir neçə dəfə Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşüb və onda belə bir düşüncə yaranıb ki, Rusiya Ermənistanla Azərbaycan arasında genişmiqyaslı müharibənin olmasını istəmir: 

“Rusiya Abxaziya, Osetiya və Moldovada olduğu kimi Dağlıq Qarabağa və ətraf yeddi rayona sülhməramlılarını yerləşdirmək haqqını əldə etmək istəyir. Və Rusiya oraya sülhməramlılarını yerləşdirdiyi an hadisələri idarə edə biləcək".

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"