"Sepah" Doha sərgisində iştirak etdi - ABŞ nəyə etiraz edir?

25 mart, 2022 10:10

"Qətərdə keçirilən Doha Müdafiə Sərgisində İran hərbi rəsmilərinin və bildirildiyinə görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun zabitlərinin iştirakından dərin məyusluq keçirir və narahatıq".

Bu sözlər ABŞ Dövlət Departamentinin saytında yerləşdirilmiş bəyanatda vurğulanır.

Sənəddə deyilir: "Biz onların həmin sərgidə və dəniz müdafiəsi sərgisində iştirakını tamamilə rədd edirik, çünki Körfəz regionunda dəniz sabitliyinə ən böyük təhlükə İrandır. İran silahları ilə bağlı əməliyyatlar, ümumiyyətlə, terrorizm və kütləvi qırğın silahları ilə bağlı olanlar da daxil olmaqla, bir çox ABŞ sanksiyaları altındadır".