"Nüvə təhlükəsi hər zaman mövcud olub" - Medvedyev

26 mart, 2022 11:45

"Heç kim heç bir müharibəni istəmir, lakin nüvə təhdidi hər zaman mövcuddur".

Bunu "Ria Novosti"yə müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini Dmirti Medvedyev bildirib.

“Hamıya məlumdur ki, NATO-nun nüvə vasitələrinin hədəfində Rusiyadakı obyektlər dayanır. Rusiyanın döyüş başlıqları isə Avropa və ABŞ-dakı həfədlərə tuşlanıb. Həyat belədir. Bu səbəbdən məsuliyyətli siyasət aparmaq lazımdır. Nüvə təhlükəsi hər zaman mövcud olub” – deyə Medvedyev xəbərdarlıq edib.