Seçim etmək lazımdır - Ya Azərbaycan, ya da Ukrayna!

26 mart, 2022 15:30

Dünən Ukrayna Ali Radasının rəsmi "Twitter" hesabında Azərbaycana dəstək postu paylaşılmışdı. Paylaşımda Azərbaycan ordusunun apardığı son əməliyyatlara Ukraynanın dəstəyi ifadə olunmuşdu.

Bəs sonra nə baş verdi?

Ukraynanın İrəvandakı səfiri Ermənistan XİN-ə çağırılaraq tənbeh olundu. Ardınca Ermənistanın Kiyevdəki səfiri Ukrayna XİN-ə zəng edərək nazir Kolebanın ünvanına ağır sözlər dedi...

Və cəmi 15 dəqiqə sonra Ukrayna Azərbaycana dəstəkdən imtina etdi və ""Twitter"dəki paylaşımı sildi.

Bir-iki nəfərdən başqa heç kəs bu məsələdən danışmır, yazmır. Sizin üçün Ukrayanın maraqları üstündür, yoxsa Azərbaycanın? Bu nə xəyanətdir öz ölkənizə qarşı edirsiniz!? Seçim edin, ya hadisələrə Azərbaycanın milli maraqları istiqamətindən yanaşın, obyektiv olun, ya da vətəndaşlıqdan imtina edib gedin Ukraynanın bayrağı altına yaşayın, vuruşun!

- Ukrayna Rusiya ilə müharibə aparır. Ukrayna Ermənistanın Moskvanın oyuncağı olduğunu da bilir. Moskva ilə müharibə aparan Ukrayna bəs onun oyuncaq dövlətindən - Ermənistandan qorxaraq niyə Azərbaycana dəstəkdən imtina etdi? Gülməli məqamdır: Rusiya ilə müharibə aparır, amma Rusiyanın əlaltısından çəkinərək Azərbaycana qarşı əsl riyakarlıq nümayiş etidilir.

- Ermənistanda Rusiyaya, Azərbaycanda isə Ukraynaya dəstək aksiyaları keçirilir. Təkcə martın 12-də Azərbaycandan Ukraynaya 380 tonluq yardım yola salınıb. Hazırda Ukraynanın tibbi və yanğınsöndürən maşınları Azərbaycanın pulsuz yanacağı hesabına fəaliyyət göstərir. Azərbaycanın göndərdiyi yardımlar hesabına öz qohumlarını ağır durumdan çıxarmağa çalışan Ali Radanın üzvləri niy bu riyakarlığa etiraz etmədilər?

Heç düşündünüzmü ki, Türkiyə haqlı olaraq Rusiyaya qarşı sanksiyalara niyə qoşulmur? Dünən prezident Ərdoğan da açıq şəkildə bunu bəyan etdi:

"Rusiyaya qarşı sanksiyalara qoşulmayacağıq, bizim Rusiya ilə olan münasibətlərimizi bir kənara qoymaq mümkün deyil. Çünki istifadə etdiyimiz təbii qazın təqribən yarısını Rusiyadan alırıq. Bu məsələdəki həssaslığımızı qorumalıyıq. Birincisi, mən xalqımı qarda-qışda soyuqda qoya bilmərəm. İkincisi, sənayemizi tamamilə sıfırlaya bilmərəm. Bunları qorumalıyıq. Biz dövlətik, 85 milyonluq əhalimiz var".

Ən əsası, Türkiyə tarixi yaddaşını işə saldı. Böyük müharibələrdə Qərbin yanında yer alan Türkiyəni dəfələrlə məğlubiyyətə yuvarlayıblar. İndi də Rusiyanın yanında yer almır, Ankara özü böyük bir güc mərkəzidir, sadəcə özünün milli maraqları çərçivəsində hərəkət edir.

İndi çıxıb Türkiyəyə niyə satqın demirsiniz? Siz isti evlərinizdə oturub "Slava Ukraina" deyə pafos püskürürsünüz, amma kimin kimlə müharibə etdiyini bilmirsiniz.

Azərbaycan da Ukrayna ərazisində aparılan Rusiya-ABŞ müharibəsinə öz milli maraqları çərçivəsində baxmalıdır. Necə ki, Azərbaycan dövləti ortaya əsl sivil və praqmatik mövqe qoyub.

Qərbin xoşuna gəlmək və Moskva ilə Azərbaycan arasındakı strateji müttəfiqliyə zərbə vurmaq üçün Ukraynaya dəstək mitinqlərinin keçirilməsini qərarlaşdıranların məntiqi… Qərb hamını aldadır. Həm də 30 il Rusiyanın Azərbaycandakı köləsi olan qüvvələrin indi Rusiya əleyhinə mitinqlər təşkil etmək istəkləri də bir ayrı mənzərə yaradır. Bəlkə R.Mehdiyevin gedişindən sonra Kreml sizin də müxalifətçiliyinizdən imtina edib!? Bu ehtimal öz doğruluuq yükünü getdikcə artırır.

Ukraynaya dəstək şüarlarının arxasında şəxsi yox, milli maraqlar dayanmalıdır. Bir dostumuz var, (bu hissəni də özünün razılığı ilə yazıram), 20 ildir SOCAR-da işləyir, indi ona yaxşı vəzifə vermək üçün ondan diplom tələb edirlər. Bu da gedib keçən Ukraynanın Xerson şəhərində hansısa ali məktəbə qəbul olub. Müharibə başladı, adamın təhsili, doplomunun gələcəyi də batdı. Bütün günü Putini söyür, təhqir edir, sosial şəbəkələrdə də yüzlərlə layk yığır. Axırı bayaq mənə əsl səbəbi açıqladı. İndi 40 il ərzində Azərbaycanda bir ali məktəbə qəbul olan bilməyən sən savadsız diplom alasan deyə, ABŞ-Rusiya öz müharibə maraqlarında imtina etməli idi? Zavallı, əvvəllər təkcə Ərdoğana “Rəis” yazırdı, indi Baydenə də belə müraciət edir.

P.S. Azərbaycan dövlətinin tutduğu hazırkı tərəfsiz mövqe, apardığı praqmatik siyasət tam ədalətlidir.

Müəllif: Samir Feyruzov 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"