Villasını itirmiş Kreml təbliğatçısı indi harada dincəlir? - FOTOLAR

28 mart, 2022 12:32

Kremlin təbliğatçı Vladimir Solovyov istirahətini Moskva yaxınlığındakı pansionatda keçirir.

Bu barədə "Tvitter"də paylaşım edilib.

O, Avropa ölkələrinin sanksiya siyahısında olduğundan xaricə çıxa bilmir və İtaliyadakı mülkü də müsadirə olunub.

Ailəsi ilə birlikdə indi Moskva yaxınlığındakı pansionatda dincəlmək məcburiyyətində qalmış V. Solovyovun görüntüləri sosial şəbəkədə yayımlanıb.