Rusiyanın Azərbaycana qarşı təxribatları... - Müttəfiqlik qaydalarını kim pozur?

28 mart, 2022 13:44

- 2020-ci il Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanmış bəyanatın 4-cü bəndinə əsasən, Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam olaraq çıxarılmalıdır.

- 2022-ci il fevral ayının 22-də Azərbaycan-Rusiya arasında imzalanmış Müttəfiqlik bəyannaməsində isə deyilir: "Rusiya və Azərbaycan öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də, bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar".

- Bəyannamənin 18-ci maddəsi də Rusiya və Azərbaycanın terrorçuluğa, separatçılığa qarşı birgə mübarizəsini özündə ehtiva edir.

Bütün bu hallar Rusiya və onun əlaltı dövləti Ermənistan tərəfindən pozulur. Hazırda Avropada müharibə aparan Rusiya Cənubi Qafqazda sabitlik əldə etmək əvəzinə situativ və perspektivsiz təxribatlara əl atır.

Hazırda bütün dövlətlər tərəfindən təklənən, yüzlərlə sanksiyaya məruz qalan Rusiyanın Cənubi Qafqazın əsas strateji coğrafiyası olan Azərbaycana qarşı təxribatlar həyata keçirməsi Kremlin məqsədli planlarından xəbər verir.

Ukraynada müharibə aparan Rusiya qonşu Azərbaycanın suverenliyinə qarşı yönələn təxribatlara niyə əl atır? Məntiqlə baxanda, Rusiya məhz belə bir məqamda qonşu dövlətlərə qarşı səmimi olmalı idi.

Görünür, Rusiyanı narahat edən aşağıdakı məqamlar var:

- Azərbaycan ictimaiyyətinin Ukraynaya dəstəyi. Bu, insanların seçimidir, heç kəsi azad istəklərindən məhrum edə bilmərik. Heç şübhəsiz, Azərbaycan dövləti özünün tərəfsiz, müstəqil, sivil və sülhə çağırış mövqeyini qorumaqdadır, iki ölkə arasında imzalanmış Müttəfiqlik bəyannaməsinə də sadiqdir.

- Azərbaycanın çoxvektorlu siyasəti Rusiyanı 300 ildir Cənubi Qafqazda himayə etdiyi "erməni kartı"ndan tədricən məhrum edir. Gələcəkdə Rusiyanın himayəçiliyi altında Ermənistanın Azərbaycana qarşı bütün təcavüz riskləri (oxu: planları) bəribaşdan zərərsizləşdirilir. Bu, həm də Qarabağda Rusiyanın tarixi "resurslarının" tükənməsi deməkdir.

- Azərbaycanın Ermənistanla sülh müqavilləsinə çağırışları Rusiyanı qane etmir, çünki Kreml növbəti 5 il üçün də özünün "sülhməramlıları"nı Qarabağdan çıxarmaq niyyətində deyil. Ermənistan və Azərbaycan arasında barışıq əldə olunsa, ölkəmiz bütün Qarabağda özünün suveren hüuqlarını bərpa etsə, o zaman Rusiyanın buradakı hərbi kontingentinə heç bir ehtiyac da qalmır. Bölgədə gərginliyi saxlamaqla, Rusiya özünə olan "ehtiyac" limitini artırmağa çalışır.

- Martın 26-da İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 48-ci iclasında təşkilatın Ermənistana çağırış etməsi... Quruma üzv dövlətlər rəsmi İrəvanı təcavüzkar ritorikadan əl çəkməyə və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönələn fəaliyyətinə son qoymağa çağırdılar. Quruma üzv dövlətlərin, tam olaraq, Azərbaycana postmüharibə dövründə dəstəklərini, xüsusilə də Ermənistanın hərbi təcavüzünə məruz qalmış ərazilərdən məcburi köçkünlərin geri qayıdışına şərait yaratmaq, azad edilmiş ərazilərin yenidən qurulmasına yardım göstərmək səylərini ifadə etdilər. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan Qazaxıstan və Qırğızıstan da İslam Əməkdaşlıq Təşkilatında təmsil olunur. Amma hər iki dövlət də Azərbaycanın mövqeyini tam dəstəkləyən sənədlərin qəbulunun lehinə çıxış etdi.

Müəllif: Samir Feyruzov 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"