Polşadan Rusiyanın 45 diplomatı qovulub

28 mart, 2022 15:06

Rusiya səfirliyinin 45 diplomatı Polşadan çıxarılıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiyanın Polşadakı səfiri Sergey Andreyev məlumat verib.

Məlumata görə, həmin diplomatlar Polşada Rusiyanın xeyrinə casusluq edirmiş. Bildirilib ki, rəsmi Varşava onların yerinə Rusiyadan yeni diplomatların gəlməsinə də icazə verməyib.