ABŞ Almaniyaya hərbi təyyarələr göndərir - SƏBƏBLƏR

28 mart, 2022 20:20

ABŞ Almaniyaya elektron döyüş qabiliyyətinə malik 6 ədəd EA-18G "Growler" tipli hərbi təyyarə göndərəcək.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirbi məlumat verib.

Təyyarələr NATO-nun şərq cinahını möhkəmləndirmək səyləri çərçivəsində Almaniyada yerləşdiriləcək. Bundan əlavə, Kirbi 240 əsgərin bu təyyarələrlə Almaniyaya göndəriləcəyini qeyd edib.