ABŞ gələn il nüvə silahı üçün 34,4 milyard dollar ayıracaq

29 mart, 2022 00:36

ABŞ administrasiyası 2023-cü maliyyə ilində nüvə arsenalına 34,4 milyard dollar ayırmaq niyyətindədir.

TASS xəbər verir ki, bu barədə müdafiə nazirinin birinci müavini Ketlin Hiks brifinqdə bildirib.

“Bizim büdcə tələbimiz nüvə qüvvələrində komanda və idarəetmə sistemlərini və rabitəni dəstəkləmək üçün 34,4 milyard dollar sərmayə qoymaqdır”, - Hiks deyib.

Qeyd edək ki, ABŞ-da yeni maliyyə ili oktyabrın 1-də başlayır.