Avropa Birliyi ölkələri çağırış etdi - "Ukraynaya döyüşə getməyin!"

29 mart, 2022 10:31

Almaniya və daha altı AB ölkəsi birgə bəyanatda öz vətəndaşlarına Ukraynada könüllü olaraq döyüşə getməməyi tövsiyə edib.

Bu barədə “Bild” nəşri məlumat yayıb.

Məlumata görə, Belçika, Almaniya, Fransa, İtaliya, Lüksemburq, Hollandiya və İspaniyanın ədliyyə nazirləri bazar ertəsi keçirilən iclasdan sonra bu barədə müraciət imzalayıblar.

Qeyd edək ki, fevralın sonunda Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya qoşunlarına qarşı döyüşmək üçün Ukrayna silahlı qüvvələrinin tərkibində beynəlmiləl legionların yaradılmasına izn verib.