"Rusiya icması rəsmi Bakının mövqeyinə aşkar hörmətsizlik edir" - AUK

29 mart, 2022 13:01

"Azərbaycanın Rus İcması Respublika Şurası ölkənin rəsmi hakimiyyət orqanlarının mövqeyinə aşkar hörmətsizlik nümayiş etdirir".

Bu barədə “Azərbaycan Ukrayna Konqresi”nin (AUK) Azərbaycanın Rus İcması Respublika Şurasının bəyənatına cavab olaraq yaydığı bəyanatda deyilir.

“Bu mövqe dəqiq və aydındır. Azərbaycan Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tanıyıb və tanımaqda davam edir. Ukrayna Prezidenti Volodimir Zelenski ölkəmizin birmənalı və səmimi mövqeyinə görə Prezident İlham Əliyevə dəfələrlə minnətdarlığını bildirib. Azərbaycan Ukrayna Konqresi” Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin dəhşətli fəsadlarını narahatlıq və ürək ağrısı ilə izləyir. Milyonlarla ukraynalı dinc sakin qaçqına çevrilib. Rusiya Silahlı Qüvvələri Mariupol, Xarkov, Çerniqov, Nikolayev, İrpen, Buça, Qostomel, Xerson, Kiyev, Odessa və digər Ukrayna şəhərlərini bombardman edir. Mariupol şəhəri, təəssüf ki, az qala yer üzündən silinib. Mariupol Ukraynanın Ağdamıdır, Xirosimasıdır”, - AUK-un bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, həqiqətin Ukraynanın tərəfində olduğuna əminik: "Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində qalib gəldiyi kimi bu həqiqət də tab gətirəcək və qalib gələcək. Azərbaycan ordusu erməni işğalçılarına qarşı azadlıq müharibəsi aparırdı. Ukrayna ordusu öz ərazisində Rusiya ordusunun hücumlarını dəf edir.

Azərbaycanın Rus İcması Respublika Şurası bu aşkar faktı təhrif etmək qərarına gəlib və Ukrayna ərazisində baş verən faciəvi hadisələrin mahiyyətini kobud şəkildə təhrif edən bəyanatla çıxış edib. Ukrayna əhalisinin əhəmiyyətli hissəsini faşist kimi təqdim etmək cəhdi ikrah hissi doğurur. 2019-cu ildə Ukrayna Ali Radasına keçirilmiş son seçkilərdə heç bir radikal tələb olunan 5%-lik səsi qazana bilməyib. Hətta Avropanın demokratik ölkələrində belə bu cür aşağı nəticə yoxdur. Dövlətin birinci şəxsi isə rusdilli, yəhudi əsilli Ukrayna vətəndaşıdır. Demək olar ki, kiçik bir millətçi qrupu istisna olmaqla, 40 milyon ukraynalı onları öz ölkələrində tapa bilmir. Minlərlə kilometr məsafədən isə onların sayı inanılmaz dərəcədə çox görünür. Azərbaycan Rus İcması Respublika Şurasının bəyanatını qətiyyətlə pisləyirik”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"