Ukrayna Rusiya ilə razılaşmanın əldə olunması üçün şərtini açıqlayıb

29 mart, 2022 16:33

Ukrayna Rusiya ilə razılaşmanın əldə olunması üçün şərtlərini açıqlayıb.

Bunu Ukrayna və Rusiya nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşündən sonra hakim “Xalqın xidmətçisi” Partiyasının Ali Radadakı deputat fraksiyasının rəhbəri David Araxamiya brifinqdə söyləyib.

“Beynəlxalq razılaşma hər hansısa təzyiq altında gerçəkləşdirilərsə, bu tamamilə etibarsız sayılar. Bunun etibarlı olması üçün, ilk növbədə, Ukrayna ərazisində heç bir hərbçi qalmamalıdır, torpaqlarımızı tərk etməlidirlər. Nöqtə”, - o vurğulayıb.