Rusiya qoşunları Çernobılı tərk edir?

31 mart, 2022 01:43

Rusiya qoşunları Çernobıl AES-in ərazisini tərk edərək Belarus ərazisinə keçməyə başlayıb.

Bunu Pentaqondakı adı açıqlanmayan mənbə bir çox media orqanlarının (xüsusən AFP və “Al-Arabia”) müxbirlərinə bildirib.

“Biz onların getdiyini düşünürük. Ancaq onalrın hamısının getdiyini deyə bilmərəm”, - mənbə qeyd edib.

Xatırladaq ki, Rusiya qoşunları Çernobılda nəzarəti müharibənin lap əvvəlində - fevralın 24-də ələ keçiriblər.