Ukrayna ABŞ-dan hansı silahları istəyib?

31 mart, 2022 11:27

Ukrayna dövləti Rusiya ordusundan müdafiə olunmaq üçün ehtiyacı olduğu silahların siyahısını ABŞ-a təqdim edib.

Bu barədə CNN xəbər verib. 

Agentlik siyahıya daxil olan bəzi silahları açıqlayıb.

Söhbət kəşfiyyat və zərbə vuran pilotsuz uçuş aparatlardan, taktiki radarlardan, PUA-lara və döyüş təyyarələrinə qarşı elektron müharibə sistemlərindən, xüsusən də Su-25-dən gedir.

Siyahıya həmçinin artilleriya sistemləri, zenit-raket kompleksləri, tank əleyhinə “Javelin” raketləri, gəmi əleyhinə raketlər və optik müşahidə avadanlıqları da daxildir.