Rusiya diplomatlarını deportasiya edən Avropa ölkələri - SİYAHI

01 aprel, 2022 00:04

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Moskvaya qarşı artan sanksiyalarla yanaşı, Avropada yerləşən 150 rus diplomatı Vyana Konvensiyasını pozduqları üçün müxtəlif ölkələrdən qovulub.

Ölkələrin əksəriyyəti deportasiyalarına səbəb kimi təhlükəsizlik və ya casusluq ittihamlarını irəli sürsə də, bəzi ölkələr Ukrayna ilə həmrəylik nümayiş etdirmək üçün rus diplomatlarını “persona non-qrata” elan ediblər.

Xarici KİV-lər xəbər verir ki, Polşa 45 rus diplomatını ölkədən çıxarıb.

Ukraynadan qaçqınların ən çox üz tutduğu Polşa diplomat statusu daşıyan 45 rusiyalını casusluq səbəbi ilə deportasiya edərək, bu prosesdə ən çox diplomatı ölkədən çıxaran ölkə oldu.

Ukrayna ilə həmsərhəd olan digər qonşu ölkə Slovakiya 38 rus diplomatını Vyana Konvensiyasına əməl etmədiklərini əsas gətirərək ölkədən çıxarıb.

Slovakiya Baş naziri Eduard Heqer, mövzu ilə əlaqədar verdiyi açıqlamada, bu diplomatların təhlükəsizlik baxımından yüksək risk daşıdığını bildirib.

Təxminən 5,5 milyon əhalisi olan Slovakiya kimi kiçik bir ölkədə bu qədər rus diplomatının deportasiyası diqqətəlayiq idi.

Belçika hökuməti bu ölkədə yerləşən rus diplomatlardan 21-ni casusluq etdiklərini əsas gətirərək ölkədən çıxarmaq qərarına gəlib.

Xarici işlər naziri Sofi Vilmes Rusiyanın Brüsseldəki səfirliyi və Antverpendəki konsulluğunda rusiyalı diplomatların işlədiyini və bu şəxslərin ölkənin milli təhlükəsizliyini təhdid edən casusluq və təsir əməliyyatları ilə məşğul olduqlarını bildirib.

Niderlandın xarici işlər naziri Vopke Hoekstra sosial media hesabından 17 rus diplomatı casusluq etdikləri üçün ölkədən çıxardıqlarını açıqlayıb.

Çexiyada Rusiyanın Praqadakı səfirliyinin diplomatı qovularkən, bu şəxsin Praqa səfirinin müavini Feodosij Vladisevszki olduğu iddia edilib.

Litva Xarici İşlər Nazirliyindən verilən açıqlamada qeyd olunub ki, Rusiya səfiri Aleksey İsakov nazirliyə çağırılıb və ona Rusiya səfirliyinin 4 əməkdaşının “persona non qrata” elan edilməsinə dair diplomatik nota verilib.

Bəyanatda rusiyalı diplomatların son fəaliyyətinin "diplomatik statusları ilə uyğun gəlmədiyi" və ölkəni tərk etmələri istənilib. Bu qərarın Rusiyanın fevralın 24-də Ukraynaya qarşı başladığı müharibədə Kiyevlə həmrəylik əlaməti olduğu vurğulanıb.

Bu arada Estoniya 3 rus diplomatını ölkədən çıxarıb, Latviya isə 3 rus diplomatını “persona non qrata” elan edib.

Rusiya ilə ümumən yaxşı münasibətləri olan Bolqarıstan 12 rus diplomatını ölkədən çıxarıb.

Şimali Makedoniyada 5 rus diplomat Vyana Konvensiyasına əməl etmədiyi səbəbilə ölkədən çıxarılıb.
Monteneqronun Xarici İşlər Nazirliyi Rusiyanın Monteneqrodakı səfirliyində çalışan rus diplomatın “persona non-qrata” elan edildiyini açıqlayıb.

ABŞ isə 13 rus diplomatını BMT-dən (BMT) qovub.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"