Britaniya Ukraynaya yeni silahlar göndərir

01 aprel, 2022 01:03

Böyük Britaniya Ukraynaya əlavə silah tədarükü həyata keçirəcək.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Tədarük ediləcək silahlara hava hücumundan müdafiə sistemləri və uzaq mənzilli artilleriya sistemləri daxildir.

Bundan əlavə, Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.