Ukraynanın Rusiya ərazisinə ilk hücumu - VİDEO

01 aprel, 2022 11:28

Sosial şəbəkələrdə Rusiyanın Belqorod şəhərindəki neft bazasının vurulma anını əks etdirən video yerləşdirilib.

Görüntülər Rusiya Teleqram kanallarında paylaşılıb.

Qeyd edək ki, Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov iki Ukrayna helikopterinin alçaq hündürlükdən uçaraq Rusiya ərazisinə daxil olduqlarını və neft bazasını atəşə tutduqlarını bildirmişdi.