Sanksiyalardan yan keçməkdə Rusiyaya kömək etməyəcəyik" - Qazaxıstan

01 aprel, 2022 14:42

"Qazaxıstan ABŞ və Aİ-nin Rusiyaya qarşı sanksiyalarından yan keçmək üçün alət olmayacaq".

"Euractiv" xəbər verir ki, bunu Qazaxıstan Prezident Administrasiyası rəhbərinin birinci müavini Timur Suleymenov bildirib.

Onun sözlərinə görə, rəsmi Astana sanksiyalara əməl edəcək.

"Baxmayaraq ki, biz Rusiya, Belarus və digər ölkələrlə ilə iqtisadi ittifaqın bir hissəsiyik, amma həm də beynəlxalq birliyin bir hissəsiyik. Ona görə də, son istədiyimiz şey Qazaxıstanın ABŞ və Aİ tərəfindən ikinci dərəcəli sanksiyalara məruz qalmasıdır”.