"Rusiya cənub və şərqə çəkilərək şərtlər diktə etməyə çalışacaq" - Podolyak

02 aprel, 2022 11:43

“Bəzilərinin gözlədiyi kimi, “əfqanıstanlaşma” və Rusiyanın yorucu uzun münaqişəsi olmayacaq”.

Bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak tviter səhifəsində yazıb.

“Rusiya cənub və şərqdən başqa, bütün əraziləri tərk edəcək, orada qazıntı işləri aparmağa, hava hücumundan müdafiə sistemini qurmağa, itkiləri kəskin şəkildə azaltmağa və şərtləri diktə etməyə çalışacaq. Ağır silahlar olmadan biz Rusiyanı çıxara bilməyəcəyik”, - Prezident Ofisinin rəsmisi vurğulayıb.