"Onlara ən yaxşı cavab budur" - Putin

02 aprel, 2022 20:57

Son vaxtlar Moskva və Minsk görünməmiş xarici təzyiqlərlə üzləşirlər.

Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

"Əminəm ki, bir sıra dövlətlərin qeyri-dost hərəkətlərinə ən yaxşı cavab müttəfiqlik, Rusiya-Belarus əlaqələrinin gücləndirilməsi, qarşılıqlı faydalı inteqrasiya proseslərinin inkişafı və bütün sahələrdə ikitərəfli əməkdaşlıq olmalıdır”, - deyə Putin bildirib.