İmran Xan ABŞ-ı onu devirməkdə ittiham edir

02 aprel, 2022 21:03

"Müxalifətin məni vəzifədən uzaqlaşdırmaq cəhdi ABŞ-ın daxili siyasətimizə açıq müdaxiləsidir".

Bunu sabah keçiriləcək etimadsızlıq səsverməsindən əvvəl Pakistanın Baş naziri İmran Xan deyib.

Xan bildirib ki, martın 8-də Pakistanın Vaşinqtondakı səfiri ABŞ rəsmiləri ilə görüşüb və rəsmi görüşdə ona “təhdid məktubu” verilib.

O, etimadsızlıq səsverməsinin Pakistanda açıq-aşkar rejim dəyişikliyi cəhdi olduğunu və “ABŞ ilə əməkdaşlıq çərçivəsində planlaşdırıldığını” bildirib.

"Planlarımız var. Mənim qərarım yeni seçkiyə getməkdir", - deyə İmran Xan vurğulayıb.

Qeyd edək ki, sabah Pakistan parlamentində ölkənin Baş naziri İmran Xana etimadsızlıq səsverməsi keçiriləcək.