Rusiya Kiyevin təklifini qəbul etdi - Prezidentlər harada görüşəcək?

03 aprel, 2022 00:46

"Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski arasında görüş böyük ehtimalla Türkiyədə keçiriləcək".

Bu barədə Rusiya ilə danışıqlarda Ukraynanı təmsil edən nümayəndə heyətinin rəhbəri David Araxamiya məlumat verib.

O, Ukrayna tərəfinin görüşə artıq hazır olduğunu bildirib.

Araxamiya qeyd edib ki, Rusiya tərəfi İstanbul görüşündə Krım istisna olmaqla, Ukraynanın təklif etdiyi sülh müqaviləsi layihəsini şifahi olaraq qəbul edib.

Belə ki, Rusiya təmsilçiləri layihələrin Prezident Zelenski ilə Rusiyanın dövlət başçısı Putin arasında birbaşa məsləhətləşmələr aparmaq üçün hazırlandığını təsdiqləyib.