Müharibənin 39-cu günü - Rusiya Odessadakı neft emal zavodunu vurdu
03 aprel, 2022 13:57
Rusiya ordusu Odessadakı neft emalı zavodu və yanacaq-sürtkü materialları anbarını məhv edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinni rəsmisi general-mayor İqor Konaşenkov məlumat verib.
“Bu gün yüksək dəqiqlikli raketlərlə Odessa şəhərindəki neft emalı zavodu və 3 yanacaq-sürtkü materialları anbarına zərbələr endirilib. Həmin anbarlardan Ukrayna ordusunun Nikolayev istiqamətindəki qüvvələrinə yanacaq aparılırdı”, - Konaşenkov bildirib.