"ABŞ qitələrarası raketlərini sınaqdan keçirəcək" - Pentaqon

04 aprel, 2022 00:19

ABŞ ilin sonuna qədər qitələrarası ballistik raketlərini sınaqdan keçirməyi planlaşdırır.

Bu barədə Pentaqonun sözçüsü Con Kirbi bildirib.

Aprelin 2-də ABŞ ordusu "Minuteman III" raketinin sınaq buraxılışını ləğv edib. ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndəsi bunu Rusiya ilə nüvə gərginliyini azaltmaq istəyilə izah edib.