Rusiyanın 40 diplomatı "persona non-qrata" elan edildi

04 aprel, 2022 21:55

Almaniya Rusiyanın 40 diplomatını “persona non-qrata” elan edib. 

Bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib. 

Onun sözlərinə görə, Berlin Rusiya ilə əlaqədar sonrakı addımlarını tərəfdaşları ilə razılaşdıracaq.

“Biz Rusiya səfirliyinin xeyli sayda əməkdaşını arzuedilməz şəsx elan etmişik”, - deyə XİN başçısı tvitter hesabında yazıb.