Putin "dost olmayan ölkələr"ə sanksiya tətbiq etdi - SİYAHI

04 aprel, 2022 21:57

Rusiya Prezidenti Vladimir Putin “dost olmayan ölkələr” siyahısında olan ölkələrin vətəndaşlarına viza məhdudiyyəti tətbiq edən fərman imzalayıb.

Putin fərmanı imzaladıqdan sonra yeni sanksiya rəsmən qüvvəyə minib.

Qeyd edək ki, Rusiyanın dost olmayan ölkələr siyasıhında ABŞ, Aİ ölkələri, Ukrayna, Monteneqro, İsveçrə, Albaniya, Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San Marino, Şimali Makedoniya, həmçinin Yaponiya, Cənubi Koreya, Avstraliya, Mikroneziya, Yeni Zelandiya, Sinqapur və Tayvan yer alır.