"Rusiyaya etdikləri güzəştə görə Merkel və Sarkozini Buçaya dəvət edirəm" - Zelenski

05 aprel, 2022 02:00

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın keçmiş kansleri Angela Merkeli və Fransa Prezidenti Nikola Sarkozini Buçaya səfər etməyə və 14 ildə Rusiyaya güzəşt siyasətinin nələrə gətirib çıxardığını görməyə dəvət edib.

UNİAN xəbər verir ki, o, bu barədə videomüraciətində bildirib.

"Mən xanım Merkel və cənab Sarkozini Buçaya səfərə və 14 il ərzində Rusiyaya güzəşt siyasətinin nələrə gətirib çıxardığını görməyə dəvət edirəm. İşgəncələrə məruz qalan ukraynalıları və ukraynalı qadınları öz gözləri ilə görmək üçün", - o deyib.