ABŞ hərəkətə keçdi - Rusiyaya qarşı yeni sanksiyalar olacaq

05 aprel, 2022 11:47

ABŞ bu həftə Rusiyaya qarşı yeni sanksiyaları elan edəcək.

CNN xəbər verir ki, bunu Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan açıqlayıb.

“Bu həftə əlavə sanksiya elanlarını gözləyə bilərsiniz. Müttəfiqlərimiz və tərəfdaşlarımızla onların dəqiq parametrlərini razılaşdırırıq", - deyə o vurğulayıb.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden Ukraynanın Buça şəhərində baş verənlərlə bağlı jurnalistlərə açıqlamasında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini tələb etdiyini və yaxın vaxtlarda bunları açıqlayacağını bildirib.