“Bir şərtim var: Torpaqlarımızdan çıxıb rədd olmalıdırlar” - İlham Əliyev

30 sentyabr, 2020 21:03

“Ermənistan işğalçılıq siyasətinə son qoymalıdır”.

Azsiyasət.com xəbər verir ki, bunu prezident İlham Əliyev deyib. O, bildirib ki, bunun əvəzinə Ermənistanın baş naziri bizə qarşı şərtlər qoyur. 

“7 şərt qoyub bizə qarşı. Biz bu şərtləri rədd edirik. Bizim bir şərtimiz var: Qeyd-şərtsiz və dərhal bizim torpaqlarımızdan çıxıb rədd olmalıdırlar. Bu şərtim qüvvədədir. Bu şərtimə Ermənistan əməl edərsə, döyüşlər dayanacaq, qan tökülməyəcək. Hələ ki, gec deyil”.