Brüssel görüşündən nə gözləmək olar? - "Kreml çalışır ki, Ermənistan..."

05 aprel, 2022 20:05

"Bu dəfə də Brüssel danışıqları daha çox Qərbin Ermənistana təzyiq edərək onu Rusiyanın əlindən almaq məqsədinə hesablanıb. Çünki görürlər ki,  Paşinyan Sorosun “uşağı” olsa da, onların planlarını düzgün həyata keçirə bilmir. Adam axşam bir şey danışır,  hər hansı bir məsələyə “hə” deyir, sabahı isə yuxuda gördüyünə uyğun olaraq “yox” deyir. Amma bununla o, manevr etmək istəyirsə, Ermənistanın manevr etmək imkanı yoxdur”. 

Bunu politoloq Cümşüd Nuriyev söyləyib.

“Diqqət edin ki, Avropa – Brüssel səfəri gündəmə gələn kimi Putin həm İlham Əliyevə, həm də Paşinyana zəng etdi. Amma Paşinyandan fərqli olaraq Rusiyanın paytaxtında Beynəlxalq Münasibətlər İnstitutu kimi nüfuzlu bir təhsil mərkəzinin məzunu olan və bu və ya digər səbəblərdən Kreml rəhbərliyinin hansı gedişlər edəcəyini öncədən bilən İlham Əliyevin bu dəfə də Brüsseldə səhv addım atacağını gözləmirəm” –deyə politoloq əlavə edib.

“Bu dəfə Belçika paytaxtındakı görüşlərdən  Azərbaycan-Ermənistan arasında sülh sazişi üçün işçi qrupunun yaradılmasını gözləmək olar. Sülh sazişinin özünün əldə olunması hələ qeyri-mümkün görünür. İkincisi də sərhədlərin delimitasiya və demarkasiya məsələsi razılaşdırıla bilər. Zəngəzur dəhlizinin açılmasının müzakirəsi o qədər də gözlənilmir. Çünki Qərb həmin dəhlizin açılmasında çox da maraqlı deyil. Bu, Rusiya üçün daha maraqlıdır. Azərbaycana isə Zəngəzur dəhlizi Turan ideyası müstəvisində çox lazımdır. Onsuz da İran ərazisindən biz Naxçıvana yeni yol çəkməyə hazırlaşırıq. Amma 10 noyabr razılaşmasına görə Rusiyanın nəzarət etməli olduğu Zəngəzur dəhlizinin açılması da Azərbaycan üçün sərfəlidir. Digər tərəfdən, ola bilsin ki, İranla dəhliz barəsində bağlanmış saziş Avropanı qıcıqlandırsın.  O zaman Qərb də çalışacaq ki, Zəngəzur dəhlizi açılsın. Bu baxımdan gələcəkdə bir-birinə alternativ olaraq həm İrandan, həm Zəngəzurdan keçəcək dəhlizdən istifadə olunması Azərbaycan üçün daha məqbul olar”- həmsöhbətimiz deyib.  

“Bəs Rusiya müəyyən vasitələrlə sülh sazişi və sərhədlərin razılaşdıırlması məsələlərində addımlar atılmasına mane ola bilərmi?” sualını isə politoloq belə cavablandırıb.

“Sülh sazişi yox, amma delimitasiya məsələsi Rusiya üçün də maraqlıdır. Çünki bu saat Moskva üçün Ermənistana daha çox təzyiq olunması sərfəlidir.  Yəni, Kreml çalışır ki, Ermənistan Rusiyasız yaşaya bilməyəcəyini dərk etsin”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"