Putin hansı hallarda danışıqlara gedəcək?

06 aprel, 2022 10:36

“Bu şəhərləri işğal etmiş elit hərbi qüvvələr demək olar ki, məhv ediliblər. Ona görə də düşmənə yenidən qüvvə tapmaq lazımdır". 

Bunu Ukrayna Prezident Ofisi başçısının müşaviri, hərbi ekspert Aleksey Arestoviç “Rada” kanalının suallarına cavab verərkən deyib. Söhbət Kiyev vilayətindən, Kiyev ətrafındakı şəhərlərdən – Buça, İrpen, Qostemel, eləcə də Sumı və Çerniqov istiqamətindən gedir.

Arestoviç bildirib ki, Rusiyanın Ukrayna tərəfindən azad edilmiş və nəzarətə götürülmüş həmin şəhərlərə və ərazilərə qayıtması praktiki olaraq mümkünsüzdür: “Bu, praktiki olaraq qeyri-realdır. Bunun üçün tam axmaq olmaq lazımdır, hətta ruslardan da artıq. Bu dəfə onlar üçün daha da çətin olacaq, çünki biz daha hazırlıyıq. Bu, mümkünsüzdür”.

Prezident Ofisi başçısının müşaviri Putinlə Volodimir Zelenskinin mümkün görüşü perspektivinə də toxunub. 

O, bildirib ki, bunun üçün Putin öncə döyüş meydanında hansısa nailiyyət və psixoloji üstünlük qazanmaq istəyir:

“Putinə Zelenski ilə birbaşa danışıqlara gəlmək üçün “psixoloji qələbə” lazımdır”.

Arestoviçin fikrincə, bu “psixoloji qələbə” Mariupolun tam işğalı, yaxud Xarkovun tutulması, ya da Donbasda Ukrayna hərbi qruplaşmasının mühasirəyə alınması ola bilər. Ancaq ekspert bütün bunların heç də asan olmayacağını və Ukraynanın özünü müdafiə etmək qabiliyyətində olduğunu bildirib.

Xatırladaq ki, bundan öncə Volodimir Zelenski Buça şəhərində törədilən qətliama rəğmən, Putinlə görüşməyə hazır olduğunu demişdi. Lakin belə bir görüşün ümumiyyətlə olmayacağını da istisna etməmişdi.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"