Putinin qızları hədəfdə... - Yeni sanksiyalar paketi hazırlanır

06 aprel, 2022 13:30

ABŞ Qərb ölkələrinin Rusiyaya qarşı əlavə sanksiyalar elan edəcəyini açıqlayıb.

Xarici medianın məlumatına görə, Qərbin yeni sanksiyaları Putinin yaxın ətrafındakılara, xüsusən də Rusiya liderinin iki qızına şamil olunacağı iddia edilir.

Ukraynanın Buça qəsəbəsində 410 mülki şəxsin cəsədi tapıldıqdan sonra ABŞ prezidenti Co Bayden, NATO-nun baş katibi Yens Stoltenberq və bir çox Avropa liderləri Rusiyaya qarşı sanksiyaların artacağını bəyan ediblər.

Sanksiya paketi açıqlandı

Avropa İttifaqı dünən Rusiyaya qarşı tətbiq edəcəyi beşinci sanksiyalar paketini açıqlayıb. Komissiyanın sədri Ursula Fon Der Leyen deyib: “Biz Rusiyadan kömür idxalına ildə 4 milyard avro idxal qadağası qoyacağıq. Bu, Rusiya üçün daha bir mühüm gəlir mənbəyinin kəsilməsi deməkdir”.

Lakin yeni sanksiyalar hələ də Rusiya cəbhəsində istənilən reaksiyanı yaratmayıb. Əksinə, dünən Rusiya prezidenti Putin “Unutmayın ki, bu, ikitərəfli silahdır” deyərək Qərbi qorxudub.

Xatırladaq ki, Rusiya lideri bu yaxınlarda Rusiya qazının rublla ödənilməsi ilə bağlı fərmanı imzalayıb, “Ödəniş rublla həyata keçirilməsə, Rusiya qazı ilə bağlı müqavilələr dayandırılacaq”, - dedi.

Putinin qızları hədəfdədir

Putini cəzalandırmaq üçün Aİ liderləri yeni sanksiya siyahısını Putinin yaxın çevrəsinə şamil etməyi planlaşdırır. Putinin iki qızının da Aİ-nin rus oliqarxlarına və siyasətçilərinə qarşı sanksiyalar siyahısına daxil ediləcəyi gözlənilir.

Britaniyanın Teleqraf Qəzeti iddia edir ki, yeni sanksiyalara görə, 35 yaşlı Katerina Tixonova və 36 yaşlı Mariya Vorontsovanın yatırımları dondurulacaq və səyahət qadağaları qoyulacaq.

Bu gün açıqlanacaq

Ağ Evin sözçüsü Cen Psaki yeni sanksiyaların bu gün elan ediləcəyini bildirib.

Yeni sanksiyalar Rusiya şirkətlərinin Aİ ölkələrində tenderlərdə iştirakına da mane olacaq(bakupost.az). 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"