ABŞ Ukraynaya 100 PUA yolladı - Vaşinqton müharibənin davam etdirilməsində niyə maraqlıdır?

07 aprel, 2022 00:21

ABŞ Ukraynaya 100 ədəd “Switchblade” intiharçı dronu yollayıb.

"RİA Novosti" xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi bildirib.

Con Kirbi bildirib ki, ordu ehtiyatlarından 100 ədəd PUA Ukraynaya yola salınıb. Eyni zamanda, ABŞ bu dronları idarə edəcək kadrların da hazırlanmasına kömək edəcək.