Döyüşməkdən imtina edən rus əsgərlərinə Avropada sığınacaq veriləcək

07 aprel, 2022 14:12

Döyüşməkdən imtina edən rus əsgərlərinə Avropada sığınacaq verilə bilər

"Ukraynada döyüşməkdən imtina edən rus əsgərlərinə Avropada sığınacaq verilsin. Üzv ölkələrə bu barədə düşünməyi təklif edirəm".

Bu sözləri Aİ Şurasının prezidenti Şarl Mişel deyib:

"Rus hərbçilərinə səslənirəm, ukraynalı qardaş və bacılarınızın qətlində iştirak etmək, cinayətkar olmaq istəmirsinizsə, silahlarınızı yerə qoyun, döyüşü dayandırın və döyüş meydanını tərk edin".