Paşintan Brüssel görüşündən danışdı - "Sülhə hazırıq"

07 aprel, 2022 17:13

“Brüsseldə keçirilən danışıqlarda tərəflər iki cəbhədə irəliləmək barədə razılığa gəliblər”.

Ermənistan KİV-ləri xəbər verir ki, bunu cümə axşamı Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında Azərbaycan prezidenti İlham Əliyevlə görüşündən danışarkən deyib.

“Söhbət sərhədin demarkasiyası və delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması, eləcə də İrəvanla Bakı arasında sülh danışıqları üçün ilkin şərtlərin formalaşdırılması haqqında razılaşmadan gedir”.

Paşinyan qeyd edib ki, prosesin sonrakı qiymətləndirilməsi razılaşmaların praktiki icrası mərhələsində qeydə alınan nəticələrdən asılıdır.

Hökumət başçısı, həmçinin əlavə edib ki, Ermənistan regionda uzunmüddətli sülh erasının açılmasına sadiqdir, lakin başa düşmək lazımdır ki, hər şey ondan asılı deyil.

Baş nazir xatırladıb ki, sərhədin demarkasiyası və delimitasiyası üzrə ikitərəfli komissiyanın ikili mandatı olacaq: delimitasiya işləri aparmaq, sərhəddə təhlükəsizliyi və sabitliyi təmin etmək.

“Bu mövzuda müzakirələr, o cümlədən Rusiyanın vasitəçiliyi ilə bir ilə yaxındır ki, davam edir və nəticədə biz belə bir kompromis həllə gəldik. Ermənistanın mövqeyi ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında sovet dövründə mövcud olan de-yure sərhəd var. Bunun əsasında delimitasiya işlərinə başlanılmalı və paralel olaraq təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün tədbirlər görülməklə həll yolları tapılmalıdır”.

Paşinyan həmçinin bildirib ki, Brüsseldə keçirilən görüşdə regional kommunikasiyaların açılması məsələləri də müzakirə olunub.

“Bu məsələ ilə bağlı müəyyən uyğunsuzluqlar qeydə alınıb. Biz həll yollarının tapılması istiqamətində işi davam etdirmək barədə razılığa gəldik”, - Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, digər mühüm müzakirə istiqamətləri humanitar məsələlər, xüsusən də bütün hərbi əsirlərin azad edilməsi, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması olub.

Xatırladaq ki, aprelin 6-da Belçikanın paytaxtında Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev və Avropa Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə üçtərəfli danışıqlar keçirilib.
Görüşdən sonra Paşinyan və Əliyev ölkələrinin xarici işlər nazirlərinə sülh danışıqlarına hazırlığa başlamağı tapşırıblar.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"