Ərzaq böhranı gözlənilir - Azərbaycanda necə olacaq?

07 aprel, 2022 23:30

“Ukrayna və Rusiya müharibəsi qlobal və regional bazarda kənd təsərrüfatı məhsullarının qıtlığını yaradıb”.

Azsiyaset.com xəbər verir ki, bunu bakupost.az -a millət vəkili Vüqar Bayramov deyib.

O bildirib ki, müharibədən sonrakı vəziyyət bütövlükdə region bazarında ərzaq məhsullarının təminatına birbaşa təsir göstərəcək:

“Ukraynanın təxminən 70 milyard dollarlıq ixracatı müharibə nəticəsində ciddi çəkildə minimumlaşıb. Həmçinin 335 milyard dollara yaxın ixracı olan Rusiyanın ixracatında da qadağalar və azalmalar var. MDB, şərqi Avropa və bəzi qərbi Avropa ölkələrinin istehlak bazarında Rusiyadan, eləcə də Ukraynadan idxal olunan ərzaq məhsullarının xüsusi payı var idi. Artıq məhsulların idxalı ilə bağlı çətinliklər olduğuna görə, həmin bazarlarda qıtlıq yaranıb”.

Millət vəkili qıtlıq böhranının qarşısını almaq üçün müəyyən addımların atıldığını qeyd edib:

“Azərbaycan istehlak bazarında stabilliyin qorunması və qıtlığın yaranmaması üçün preventiv addımlar atıb. Hətta müharibə başlamamışdan öncə Azərbaycan strateji ərzaq ehtiyatlarının artırılması ilə bağlı intensiv işlər görürdü. Bu ilin yanvar ayında Azərbaycan idxal etdiyi buğdanın həcmini 4 dəfə artırıb. Bu da strateji məhsulların ehtiyatının yaradılması və genişləndirilməsi məqsədi daşıyıb. Eyni zamanda Nazirlər Kabineti 28 adda məhsulun ixracatının tənzimlənməsi ilə bağlı qərar qəbul edib. Bu da təbii ki, potensial olaraq növbəti dövrlərdə qlobal bazarda və eləcə də region bazarında ərzaq qıtlığının təsirlərini minimumlaşdırmaq məqsədi daşıyır”.

V.Bayramov qeyd edib ki, istehlak bazarında tarazlığı qorumaq üçün yeni idxal mənbələri axtarılır:

“İndiki halda ərzaq bazarında stabillik var və qıtlıq yoxdur. Nazirlər Kabinetinin də son addımları, o cümlədən yeni mexanizmlərin məqsədi ondan ibarətdir ki, istehlak bazarındakı tarazlığı qoruyub saxlamaq mümkün olsun. Bunun üçün yeni idxal mənbələri axtarılır. O cümlədən buğdanın Hindistandan gətirilməsi ilə bağlı danışıqlar gedir. Yerli istehsalın genişləndirilməsi prosesi daha da intensiv şəkildə həyata keçirilir. O baxımdan indiki halda vətəndaşlarımız, istehlakçılar da marketlərə gedən zaman müşahidə edirlər ki, hər hansı bir qıtlıq yoxdur ”.

Millət vəkili əlavə edib ki, proseslərin növbəti dövrlərdə bazarlara necə təsir edəcəyini proqnozlaşdırmaq asan deyil:

“Çünki müharibə davam edir. Müharibədən sonrakı dövrdə regionda vəziyyətin necə olacağı açıq qalan suallardandır. Azərbaycan hökuməti çalışır ki, ölkəmizdə qıtlıq olmasın. Bu istiqamətdə zəruri bütün adımlar həyata keçirilir. Amma xüsusilə qeyd etmək lazımdır ki, potensial olaraq region bazarında qıtlığın davam etməsi riski yüksəkdir. Bütün hallarda müharibənin nə qədər davam etməsi, müharibədən sonra regionda vəziyyətin necə dəyişməsi region bazarında ərzaq məhsullarının təminatına birbaşa təsir göstərəcək”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"