Avropa Birliyinin Rusiyaya qarşı beşinci sanksiya paketi açıqlandı - Nələr var?

08 aprel, 2022 00:04

Avropa İttifaqı səfirləri, nəhayət, Rusiyaya qarşı sayca beşinci sanksiya paketini razılaşdırıb.

Fransanın Avropa İttifaqındakı nümayəndəliyinin Twitter səhifəsində açıqlanan məlumata görə, sanksiya paketinə aşağıdakılar daxildir:

- Rusiyadan kömür idxalının dayandırılması;
- Bir neçə Rusiya bankının aktivlərinin dondurulması;
- Rusiyaya silah satışının qadağan olunması;
- Yüksək texnologiyalar da daxil olmaqla 10 milyard avro həcmində məhsulların Rusiyaya qatışının qadağan olunması;
- Rusiya bayrağı altında üzən gəmilərin Aİ limanlarına girişinin yasaqlanması;
- Belarus və Rusiya nəqliyyat şirkətlərinin Aİ ərazisində fəaliyyətinin qadağan olunması.